Qazaxıstan Prezidenti Ərdoğana köməyini təklif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyədə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana dəstək məktubu ünvanlayıb.

Apr 25, 2025 - 00:35
Qazaxıstan Prezidenti Ərdoğana köməyini təklif etdi

SAVASHMEDİA.az xəbər verir ki, məktubda qeyd olunur: “Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.

Xatırladaq ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib.