“Rusiya TDT-yə qoşulmağa razıdır, amma...” – Putinin sözçüsündən AÇIQLAMA
Kreml Qazaxıstan prezidentinin Türk Dövlətləri Təşkilatına (TDT) qoşulma təklifinə rekasiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiyanın TDT-yə qoşulmasını məqsədəuyğun adlandırıb.
“Rusiyada əhalisi tarixi mənşəyinə görə türk olan bir sıra regionlar var. Buna görə də, əlbəttə, bu, tamamilə anlaşılan, məqsədəuyğun və təbii olardı” – Peskov qeyd edib.
Bununla yanaşı Peskov bildirib ki, Rusiya Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmaqla bağlı hələlik rəsmi dəvət almayıb.
Qeyd edək ki, oktyabrın 30-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya TDT-yə qoşulmağı və ya təşkilatda müşahidəçi statusu almağı təklif edib. Tokayevin fikrincə, Rusiyanın təşkilata daxil olması həm TDT, həm də Moskva üçün faydalı ola bilər.
Banu