Abdullah Öcalan həbsxanada xüsusi binaya köçürüldü 

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın saxlanma yeri dəyişdirilib.

Nov 2, 2026 - 01:27
Abdullah Öcalan həbsxanada xüsusi binaya köçürüldü 

SAVASHMEDIA.az xəbər verir ki, Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb.

Bu barədə Türkiyənin DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar məlumat verib.

Sancar bu addımın Türkiyədə davam edən sülh prosesinin sürətləndirilməsinə töhfə verəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildən İmralı adasındakı həbsxanada saxlanılır. Onun vəziyyəti Türkiyə hakimiyyəti ilə PKK arasında uzun illərdir davam edən münaqişənin başa çatdırılmasına yönələn prosesdə müzakirə olunan məsələlərdən biridir.

Aytən