Qaraciyər xəstəliklərinin İLKİN SİMPTOMLARI
Qaraciyər xəstəliklərinin ilkin simptomları məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu xəstəliklər uzun müddət spesifik simptomlar olmadan orqanizmdə var olsa da, onları müəyyən etmək mümkündür.
Mütəxəssislərə görə, qaraciyər zədələnməsinin ilkin simptomları səbəbsiz yorğunluq, dəridə səpgi və qızartı olmadan qaşınma, eləcə də boyun və ya döş nahiyəsində kiçik hörümçəklərə bənzəyən damar ulduzcuqlarının — teleangiektaziyaların yaranmasıdır. Eyni zamanda, qaraciyər xəstəlikləri zamanı dəri və gözün ağı sarala bilər.
Hepatoloqlar bu cür simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etməyi və bütün zəruri analizləri verməyi tövsiyə edirlər. Bu zaman pasiyent virus hepatitlərinə görə müayinədən keçməli və qarın boşluğu orqanlarının ultrasəs müayinəsini (USM) etdirməlidir. Həkimlər özbaşına müalicəni birmənalı şəkildə istisna edirlər.
Banu