“103”ə yox, bu nömrəyə zəng edin... - Təcili yardımdan AÇIQLAMA

“103” Çağrı Mərkəzində baş vermiş texniki nasazlıq səbəbindən “103” qısa nömrəsinə zənglərdə çətinlik yaranıb.

Sep 22, 2026 - 13:43
“103”ə yox, bu nömrəyə zəng edin... - Təcili yardımdan AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün vətəndaşlardan “113” qısa nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Qeyd olunub ki, yaranmış müvəqqəti narahatlığa görə üzr istənilir. Problemin ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.