Çin avtomobilləri “Volkswagen”in axırına çıxır – Kütləvi ixtisarlar...

Beynəlxalq avtomobil bazarında Çin şirkətlərinin payının artdığı dövrdə Almaniya nəhəngi tənəzzülə doğru addımlayır.

Jun 4, 2025 - 23:41
Çin avtomobilləri “Volkswagen”in axırına çıxır – Kütləvi ixtisarlar...

SAVASHMEDİA.az xəbər verir ki, söhbət Almaniyanın nəhəng avtomobil istehsalçısı “Volkswagen”dən gedir. Şirkət hələ 6 ay əvvəl elan etmişdi ki, 2030-cu ilə qədər Almaniya daxilində 35 mindən çox işçi ilə yollarını ayırmağı hədəfləyir. 

“Volkswagen”in yaxın günlərdə Volfsburqdakı qərargahında keçirilən son toplantısında isə İnsan Resursları İdarəsinin rəisi Qunnar Kilian təxminən 20 min işçi ilə könüllü ayrılma müqavilələrinin imzalandığını təsdiqləyib.

Bir neçə ildir böhran keçirən şirkət Almaniyadakı fabriklərində istehsalı azaltmağa başlayıb. Bəzi modellərin istehsalı isə ümumiyyətlə, dayandırılacaq.

Bu qərardan görünür ki, şirkət yenidən strukturlaşdırma adı altında sərt qənaət tədbirlərinə başlayıb. Bu tədbirlər təkcə istehsal xətləri ilə də məhdudlaşmır. Son məlumatlara görə, “Volkswagen”in  idarə heyətinin üzvləri də növbəti beş il ərzində maaşlarında və bonuslarında tədricən azalma görəcəklər. Maaşlar 2025 və 2026-cı illərdə 11 faiz azalacaq. Bu azalma kiçik həcmdə 2029-cu ilə qədər davam edəcək.

Şirkətin baş maliyyə direktoru Devid Pauell etiraf edib ki, yenidən strukturlaşdırmanı uğurlu adlandıra bilmək üçün “Volkswagen” hələ çox məsafə qət etməlidir.

Bu ixtisarların şirkətə təxminən 15 milyon avro qənaət etdirəcəyi gözlənilir.

Banu