Blogger Ramin Binyaminovun texnologiya brendləri ilə əməkdaşlıqları diqqət çəkir
Azərbaycanda influencer marketinqinin inkişafı ilə sosial media kontent yaradıcıları müxtəlif sahələrdə fəaliyyət göstərən böyük şirkətlərin reklam kampaniyalarında daha çox yer almağa başlayıblar.
Bu istiqamətdə fəaliyyət göstərən blogerlərdən biri də Ramin Binyaminovdur.
Binyaminovun əməkdaşlıq portfelində texnologiya və rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətlər də xüsusi yer tutur. Blogerin əməkdaşlıq etdiyi brendlər arasında Apple, Samsung, Xiaomi, kimi böyük brendlər və Baku Electronics, Kontakt Home kimi böyük texnologiya mağazalarının adlar da yer alır.
Texnologiya məhsullarının sosial mediada təqdimatı ənənəvi reklam formatından fərqli yanaşma tələb edir. Binyaminov isə bu tip layihələrdə məhsul və xidmətləri gündəlik həyatın bir hissəsi kimi təqdim edən video formatlarından istifadə edir.
Onun kontent fəaliyyətinin əsas istiqamətlərindən biri ailə və gündəlik həyat olduğundan, texnologiya məhsullarının təqdimatında da real istifadə ssenarilərindən yararlanmaq mümkündür. Smartfon, elektronika və rəqəmsal xidmətlər kimi məhsulların gündəlik həyatla əlaqələndirilməsi reklam mesajının daha təbii formada çatdırılmasına imkan verir.
Ramin Binyaminovun sosial media göstəriciləri də onun influencer marketinq baxımından diqqət çəkən kontent yaradıcılarından biri olduğunu göstərir.
Beləliklə, texnologiya sektorunda həyata keçirilən əməkdaşlıqlar Ramin Binyaminovun fəaliyyətində yalnız reklam layihəsi deyil, həm də kontent formatlarının müxtəlifliyini göstərən istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.