Azərbaycanın keçmiş daxili işlər naziri VƏFAT ETDİ - FOTO

Bu gün səhər saatlarında Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib.

Sep 12, 2026 - 17:55
Azərbaycanın keçmiş daxili işlər naziri VƏFAT ETDİ - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə 1news.az məlumat yayıb.

Məlumata görə, Vaqif Novruzov bütün peşəkar fəaliyyətini hüquq qaydalarının mühafizəsinə və dövlətə xidmətə həsr edib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. O, 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Ali Sovetin Bəyannaməsini imzalayan deputatlarından biridir.

Vaqif Novruzov həmçinin Birinci Qarabağ müharibəsinin veteranı olub.

V.Novruzov 1993-cü ilin iyulunda Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edilib və 1994-cü il aprelin 29-dək bu postda çalışıb.

Fotoda Vaqif Novruzov