Aziz Yıldırımla İsmail Kartalın dialoqu MEDİAYA SIZDI – “Gündə 7 dərman içirəm”
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartalın istefa verdikdən sonra klubun prezidenti Aziz Yıldırımla arasındakı dialoqun mətni mediaya sızıb.
SAVASHMEDİA.az xəbər verir ki, paltardəyişmə otağında baş tutan söhbət zamanı İsmail Kartal klub prezidentinə arxasınca planlar qurulmasından şikayət edib:
- Aziz Yıldırım: Sən nə etməyə çalışırsan? Belə şeymi olar?
- İsmail Kartal: Artıq dözə bilmirəm. Hamı arxamca planlar qurur. Gündə 7 dərman içirəm.
- Aziz Yıldırım: Mən də 77 dərman içirəm. Dincəl, mən belə şey eşitməmişəm. Komandanın başındakı şəxs sənsən.
Türkiyə mətbuatının yazdığına görə A.Yıldırımın bu sözləri belə İsmail Kartalı inandıra bilməyib. O, komandanın ötən gün saat 12-də keçirilən məşqinə qatılmayıb. Bundan sonra Aziz Yıldırım İsmail Kartala zəng edərək onu kluba çağırıb.
- Aziz Yıldırım: Səhv edirsən. Bu günə qədər həmişə sənin arxanda durmuşam. Bütün rəhbərlik səni qoruyub. Özün gedirsən deyə bütün məşqçi heyətini də aparmısan. Bəs bu komandanın bazarertəsi meydana necə çıxacağını heç düşünmürsən?
- İsmail Kartal: Məni çox incidirlər. Haqqımda deyilənlər, edilən ittihamlar məni sarsıdır. Xüsusilə də “Fənərbaxça”nın keçmiş futbolçusunun haqqımdakı şərhləri mənə çox pis təsir edib.
- Aziz Yıldırım: Sən axı bu insanları niyə izləyirsən, bax mən izləmirəm. Mənfi şərhləri qulaqardına vur, baxma. Komandanı indiyə qədər çox yaxşı gətirmisən, Avropada məğlubiyyətin yoxdur. Yerli liqada iki məğlubiyyətimiz var, amma hələ mövsümün əvvəlindəyik. Sonuna qədər arxandayam, bunu bil.
Xatırladaq ki, İsmail Kartal 1-1 hesabı ilə bitən “Fənərbaxça” – “Roma” qarşılaşmasından sonra keçirdiyi mətbuat konfransında bir daha geri qayıtmamaq üzrə vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Banu