İbrahim Tatlısəsin qızı pişiyə görə saçyolduya çıxdı - Polis bölməsinə aparıldı
Türkiyəli müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlıses Bodrum-İstanbul reysi ilə uçan təyyarədə dava salıb.
Hadisə onun pişiyini çantaya qoymaq istəmədiyi üçün baş verib.
Stüardessa Tatlısəsə pişiyi çantaya qoyması barədə xəbərdarlıq edib. Onlar arasında başlayan şifahi mübahisə qısa zamanda davaya çevrilib.
Tatlısəs stüardessaların ondan şikayət etməsindən sonra polisin müşayiəti ilə polis bölməsinə aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.
Təyyarədə baş verən hadisələrə görə Dilan Çıtak Tatlısəs Türk Hava Yollarının qara siyahısına düşüb.
musavat.com