Sabah avrokubok oyunu var - Sumqayıt stadionunun hamam problemi həll olunub?

Oktyabrın 3-də UEFA Konfrans Liqasının Liqa mərhələsinin bir oyunu Sumqayıtda keçiriləcək.

Oct 2, 2024 - 23:45
Sabah avrokubok oyunu var - Sumqayıt stadionunun hamam problemi həll olunub?

SAVASHMEDİA.az xəbər verir ki, Belarusun “Dinamo” klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Şotlandiya təmsilçisi “Harts”ı qəbul edəcək.

Sözügedən arenada isə isti su probleminin olması ilə bağlı xəbər vermişdik. “Sumqayıt”ın oyunlarından sonra həm ev sahibi, həm də rəqib komandanın futbolçuları, hakimlər hamamdan istifadə edə bilməyib.

Bəs xarici klublar Sumqayıtda eyni problemlə üzləşəcəkmi? “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bununla bağlı QOL.az-a açıqlama verib.

O, problemin hələlik həll olunduğunu bildirib: “Stadionda qaz yox idi. Buna görə də isti su problemi yaranmışdı. Problem artıq həll olunub. Yəni “Dnamo” (Mİnsk) - "Harts" (Şotlandiya) oyunu üçün problem olmayacaq. Dəqiq olan odur ki, bu oyunda isti su problemi yaşanmayacaq. Bundan sonra necə olacağı isə daha sonra bilinəcək”.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun hazırda “Azəriqaz”a 100 min manatdan çox borcu var. “Sumqayıt” klubu bu borcun komandanın oyunlarını bu stadionda keçirməsindən əvvəl yarandığını bildirir.