"Əmisi türmədədir, dədəsi qanına bələnmiş isə..." - - Şəmkirdə ürəyindən vurulan şagirdin anası danışdı + VİDEO
Oktyabrın 1-də Şəmkirin Mahmudlu kəndində qətl hadisəsi baş verib.
Kənd orta məktəbinin 10-cu sinif şagirdi həmyaşıdı olan peşə liseyinin tələbəsinə ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.
SAVASHMEDİA.az xatırladır ki, nəticədə yeniyetmə hadisə yerindəcə dünyasını dəyişib.
“Heç bir mübahisələri olmayıb. Həmişə bizim evə gəlir, yeyib-içirdi, birlikdə oyun oynayırdılar”, – deyə mərhumun anası bildirib.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən yeniyetmə şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma davam edir.