Türkiyədə "Əhməd olayı" yaşandı, amma bu dəfə... - DETALLAR
Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda ailə faciəsi yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.
Valideynlərini yaşadıqları evdə qətlə yetirən Aladağ Esenyurdda baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.
Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilir.
Aladağ sonda şəxsi avtomobilində intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2024-cü il fevralın 13-də saat paytaxt Bakının Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov anası, Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan 1977-ci il təvəllüdlü Pikə Əhmədovanı, atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu və qardaşı, 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu balta ilə qətlə yetirib. Həmçinin bacısının yaşadığı ünvana gedərək bacısı, 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da balta ilə öldürüb.