Cabir İmanovdan sonra o da idman zalında vəfat etdi - İNSULT
Bakıda idman zalında faciəvi hadisə baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində Nəsirəddin Tusi küçəsində yerləşən idman zalında qeydə alınıb.
Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə zalda insult keçirib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 29-u Əməkdar artist Cabir İmanov idman zalında qəfil vəfat etmişdi.