"Olduğumuz yerdə dayanacağıq" - Zelenski razılaşdı
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın döyüş əməliyyatlarını mövcud xəttdə dayandırmaqla bağlı çağırışını dəstəkləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski Ağ Evdə Trampla görüşdən sonra jurnalistlərə bildirib.
“Tramp haqlıdır. Biz olduğumuz yerdə dayanmalıyıq və bundan sonra danışıqlara başlamalıyıq”, - o deyib.
Ukrayna lideri əlavə edib ki, cəbhə xəttinin “dondurulmasından” sonra sülh danışıqlarına başlamaq mümkündür.