Qəzaya düşən Əflatun Amaşovun son durumu - "Xəstəxanaya aparılıb..."

Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb.

Mar 25, 2026 - 14:25
Mar 25, 2026 - 14:25
Qəzaya düşən Əflatun Amaşovun son durumu - "Xəstəxanaya aparılıb..."

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür. 

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov “Yeni Sabah”a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır:

 “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.