ATACMS uzunmənzilli raketləri daha Ukraynada yoxdur – “Associated Press”
Ukraynanın silahlı qüvvələrində bütün uzaqmənzilli ATACMS ballistik raketləri artıq qurtarıb.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
“Çərşənbə günü rəsmi şəxslər etiraf etdilər ki, Kiyevdə artıq bir ədəd də ATACMS uzaqmənzilli raket yoxdur. Amerikalı məmurun və müdafiə məsələləri üzrə komitədəki ukraynalı deputatın sözlərinə görə, Ukraynada bu raketlər qurtarıb”.
Amerikalı məmur ölkəsinin Ukraynaya ümumilikdə 40-dan az belə raket verdiyini və yanvarın sonunda onların Ukraynada tükəndiyini söyləyib.
“ABŞ-nin yüksək səviyyəli müdafiə rəhbərliyi, o cümlədən Pentaqonun keçmiş başçısı Lloyd Ostin, yalnız məhdud sayda ATACMS-nin çatdırılacağını, ABŞ və NATO müttəfiqlərinin digər silahları döyüş əməliyyatlarının aparılması üçün daha dəyərli hesab etdiklərini anlatmışdılar”, - deyə AP yazır.
Qeyd edək ki, Amerikanın ATACMS raketləri modifikasiyadan asılı olaraq 140 km-dən 300 km-dək uzaq məsafəni qət edə bilər.
Xatırladaq ki, 2024-cü il noyabrın 17-də “The New York Times” qəzeti ABŞ-nin o zamankı prezidenti Co Baydenin Ukrayna ordusuna Rusiya ərazisini vurmaq üçün yzaqmənzilli ATACMS raketlərindən istifadə etmək üçün ilk dəfə icazə verdiyini yazmışdı.
2024-cü il noyabrın 19-da Ukrayna Müdafiə Qüvvələrinin Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə ilk zərbəsini endirdiyi barədə xəbər yayıldı.
России.
Xatirə SADİQ