Bakı və 7 rayon üzrə SARI XƏBƏRDARLIQ elan olundu

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Nov 21, 2024 - 18:55
Nov 21, 2024 - 18:56
Bakı və 7 rayon üzrə SARI XƏBƏRDARLIQ elan olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Şabran, Xızı, Salyan, Xaçmaz, Neftçalada fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.