Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI

Rusiya ərazisindən bir sıra Azərbaycan xəbər portallarına girişdə problemlər müşahidə olunur.

Jul 3, 2025 - 14:00
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI

SAVASHMEDİA.az-ın məlumatına görə, AZƏRTAC, "Report", APA kimi agentliklərin veb-resurslarına, Oxu.Az, Caliber.az, Media.az saytlarına girişdə problemlər müşahidə olunur.

İstifadəçilərin bildirdiyinə görə, bu saytlar xüsusilə mobil internet bağlantısı vasitəsilə açılmır.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, vaxtilə Oxu.Az, Media.az və digər saytlar da heç bir bildiriş olmadan bloklanmışdı.