"Gecə dostları ilə görüşüb, sonra ayaqyolunda..." - Meyiti tapılan hərbçi ilə bağlı detallar
Zaqatalada məzuniyyətə gələn N saylı hərbi hissənin hərbi qulluqçusu, Aşağı Tala kənd sakini 24 yaşlı Abbasov Aslan Xanlar oğlunun meyiti yaşadığı evdə aşkar edilib.
SAVASHMEDİA.az xəbər verir ki, hazırda faktla bağlı prokurorluqda araşdırma aparılır.
Aşağı Tala bələdiyyəsinin sədri Zülfüqar Şabanov musavat.com-a açıqlamasında bildirib ki, hərbçinin meyiti yaşadığı evdə aşkarlanıb. O, özünü ayaqyolunda asaraq intihar edib. Hərbçinin hansı səbəbdən intihar etdiyi bəlli deyil:
“Yaxınlarının dediyinə görə, hansısa problemi yox imiş. Ötən gün gecə yaxınları və dostları ilə görüşdükdən sonra intihar edib. Onun niyə belə etdiyi hər kəsə qaranlıqdır. Hazırda prokurorluq araşdırır, yəqin ki, aydınlıq gətirəcək”.
Qeyd edək ki, mərhum Naxçıvanda xidmət edirmiş.