Epşteyn Trampı təhqir edib, haqqında elə sözlər yazıb ki... - Şəxsi mesajları YAYILDI

ABŞ-nin Ədliyyə Nazirliyinin icimaiyyətə açıqladığı 3 milyon səhifəlik “Epşteyn dosyesi”ndə ABŞ Prezidenti Donald Trampla bağlı e-poçt mesajı da var.

Feb 5, 2026 - 19:58
Epşteyn Trampı təhqir edib, haqqında elə sözlər yazıb ki... - Şəxsi mesajları YAYILDI

SAVASHMEDİA.az xəbər verir ki, mesajı Ceffri Epşteyn dövrün maliyyə nazirinin köməkçisi Larri Sammersə göndərib.

“Sənə daha əvvəl dediyimi xatırlayırsanmı? Mən çox pis insanlar tanımışam, ancaq heç biri Tramp qədər pis olmayıb. Onun varlığında belə bir zərrə yaxşılıq yoxdur. Bəli, o, çox təhlükəlidir”. – Epşteyn yazıb.

Ötən il isə xarici saytlar Epşteynin sevgilisi və cinayət ortağı Qisleyn Maksvelə Trampla bağlı yazdığı mesajı yaymışdı:

“İstəyirəm ki, bunu anlayasan, Tramp hürməyən itdir. O mənim evimdə …… (çox güman ki, qurbanlardan birinin adıdır –red) saatlarla vaxt keçirib. Ancaq bir dəfə də olsun onun adını çəkməyib”.

Banu