Məşhur meyxanaçının qardaşını maşın vurdu - "Namaz qılmaq üçün..."
Məşhur meyxanaçı Ağamirzənin qardaşının maşın vurub.
SAVASHMEDİA.az yenicag-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində məlumat verib.
O, qardaşının vəziyyətinin ciddi olduğunu bildirib:
“Qardaşım piyada keçidindən keçərkən avtomobil onu vurub. Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Çox ağır xəsarətlər alıb. Hadisə namaz vaxtı baş verib. Qardaşım avtomobilini yol kənarında saxlayıb, namaz qılmaq üçün qarşı tərəfə keçmək istəyərkən bu bədbəxt hadisə baş verib. Dünyasını dəyişsəydi, şəhid sayılacaqdı”.
meyxanaçı Ağamirzə