Epşteyn təkcə o qadını xoşbəxt edib - Onun belaruslu sevgilisi kimdir? 

Ceffri Epşteyn haqqında yayımlanan yeni sənədlər onun şəxsi həyatını da gözlər önünə sərib.

Feb 5, 2026 - 22:47
Epşteyn təkcə o qadını xoşbəxt edib - Onun belaruslu sevgilisi kimdir? 

SAVASHMEDİA.az xəbər verir ki, Epşteyn Gisleyn Maksvellə sevgi romanını bitirdikdən sonra belarus əsilli Karina Şulyakla eşq yaşamağa başlayıb. 

O, Qisleyn Maksveldən sonra Epşteynin ən yaxın adamı olub. 

Məlumata görə, K. Şulyak Belarusdan ABŞ-yə 20 yaşında gəlib. Epşteynlə tanışlıq onun həyatını dəyişib. Şulyak Epşteynin maddi dəstəyi ilə “Ivy League” universitetlərindən birində təhsil alıb. Epşteyn təhsil illəri boyunca da onu tək buraxmayıb, akademik dairələrə daxil olmasına kömək edib. Karina Şulyak tibb fakültəsinin stomatologiya ixtisasına yiyələnib.

Ceffri Epşteyn Şulyaka 33 karatlıq brilyant qaşlı üzüklə evlilik təklif edib. Epşteyn 2019-cu ildə həbs edildikdən sonra ətrafındakı şəxslərin çoxu onunla əlaqəni kəsib. Yalnız Karina Şulyak Epşteynə zəng etməyə, görüşünə getməyə davam edib. Hətta Epşteynin ölümündən bir gün əvvəl danışdığı tək şəxs də Karina Şulyak olub.

Epşteyn ölümündən iki gün əvvəl vəsiyyətnaməsini hazırlatdırıb. 

O, 630 milyon dollarlıq sərvətindən ən çox Karina Şulyaka pay verib. İddialara görə, Epşteynin sərvətindən 100 milyon dollar nağd pul, eyni zamanda “Epşteyn adaları” kimi tanınan “Kiçik Sent Ceyms” və “Böyük Sent Ceyms” adaları, Manhettendəki lüks malikanə, Nyu-Meksikodakı ferması, Parisdəki ev Karina Şulyakın hesabına keçməli idi. Lakin Epşteynin ölümündən sonra onun aktivlərinin böyük bir hissəsinin zərərçəkənlər üçün yaradılmış kompensasiya fonduna köçürüldüyü bildirilib.

Banu