"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI

Şəkidə baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım açıqlama verib.

Sep 11, 2026 - 14:08
Sep 11, 2026 - 14:57
"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə buta. media məlumat yayıb.

Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı ziplaynın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəl Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkməli imiş. 

O bildirib ki, Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. 

Yəni eyni anda xətt üzərində iki nəfər olub.  Coşqun ona əl yelləyib, bir neçə saniyə sonra isə qəfil sola doğru gedib, tros qırılıb. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, amma xoşbəxtlikdən ciddi xəsarət almayıb.

Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu sübut edir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib. 

Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub.

"Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi”, - Nazlı qeyd edib.

O qeyd edib ki, həmin vaxt gözü Ucalı və Şəbnəmi axtarıb. Bir müddət sonra Ucalın asfaltın üzərinə düşdüyünü görüb. 

Nazlı iddia edib ki, Ucal həmin vaxt sağ olub, lakin təcili yardım əraziyə gec çatıb:

"Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...”

"Yüksəklikdə işləyən kişiyə baxıb yazığımız gəldi, hətta ona əlavə pul verməyi düşündük. Amma axırda özüm yazıq oldum... 

İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar ki, qazandıqları hər 25 manatın arxasında onlara etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır" - Nazlı qeyd edib.

Mənbə: Buta Media