Şəkidə şəhərin mərkəzində 4 nəfəri ÇAQQAL DİŞLƏDİ

Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.

Sep 11, 2026 - 13:53
Şəkidə şəhərin mərkəzində 4 nəfəri ÇAQQAL DİŞLƏDİ

SAVASHMEDİA.az "report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.

Oktay Əliyev (71 yaş), Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.

Xəsarət alan şəxslər Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.