16-22 fevral tarixlərində ehtiyatlı olun - Şamaxı Rəsədxanası 

16-22 fevral tarixlərində maqnit qasırğası olacaq.

Feb 16, 2026 - 16:17
Feb 16, 2026 - 16:18
16-22 fevral tarixlərində ehtiyatlı olun - Şamaxı Rəsədxanası 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, 16-22 fevral tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Məlumata görə, Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksəkləcəyi gözlənilir. Müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Aytən