Elman Nəsirov dandı, qızı anası ilə onun TOY FOTOlarını paylaşdı - Buna nə deyəcək?
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib.
Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.
Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini bildirən Laləzar Əliyeva isə anası ilə deputatın toyundan çəkilən fotoları Teleqraf-a təqdim edib.
Laləzar Əliyeva onu da bildirib ki, atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazırdır.