Netanyahu hədələdi - "Daha çoxu hələ qarşıdadır"

İrana qarşı hücumların məqsədi İran rejiminin nüvə və ballistik raket təhdidini dəf etməkdir.

Jun 14, 2025 - 00:05
Netanyahu hədələdi - "Daha çoxu hələ qarşıdadır"

SAVASHMEDİA.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu İran xalqına videomüraciətində bildirib.

O iddia edib ki, həyata keçirilən əməliyyatı çərçivəsində İranın yüksək rütbəli hərbi komandirləri, yüksək səviyyəli nüvə alimləri, uranın zənginləşdirilməsi üzrə ən əhəmiyyətli obyekt və ballistik raket arsenalının böyük hissəsi məhv edilib.

"Daha çoxu hələ qarşıdadır. İran rejimi onlara haradan və nəyin zərbə endirəcəyini bilmir," - "X" sosial şəbəkəsində edilmiş paylaşımda deyilir.