Adnan Əhmədzadə ona 150 min dollarlıq hədiyyə vermişdi - YADDAŞ

Həbs xəbəri yayılan azərbaycanlı iş adamı Adnan Əhmədzadə oxucunun yaddaşında daha çox "Messinin dostu" kimi qalıb.

Sep 20, 2025 - 10:35
Adnan Əhmədzadə ona 150 min dollarlıq hədiyyə vermişdi - YADDAŞ

SAVASHMEDİA.az xəbər verir ki, o, həqiqətən də Lionel Messi ilə yaxın olub və ailəvi dostluqları olub. 

Bu dostluq Adnan Əhmədzadəyə Messinin Bakıya gətirmək imkanı da vermişdi. Amma indi ən diqqət çəkən məqam Adnan Əhmədzadənin Messiyə verdiyi bahalı hədiyyələrdir.

Adnan Əhmədzadə çoxsaylı hədiyyə iddialarından birini şəxsən təsdiqləyib. Söhbət iş adamının futbolçuya verdiyi bahalı saatdan gedir. Əhmədzadə təxminən bir il öncə "Instagram" səhifəsində paylaşım edərək Messiyə bahalı saat bağışladığını etiraf etmişdi.

Onun Leoya hədiyyə verdiyi saat məşhur “Jacob&Co” şirkətinin “Barselona” klubunun 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir. Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub. 

Əhmədzadə 10 rəqəmi yazılmış saatı isə Messiyə hədiyyə edib.

İspaniya mətbuatı saatların minimum qiymətinin 150 min dollar olduğunu yazıb. Lakin bu saatların auksionlarda daha böyük məbləğlərə satıla biləcəyi də qeyd olunub. 

Xatırladaq ki, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunduğu haqda xəbərlər yayılıb.

Məlumata görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. 

Oğuz