Qazaxıstan qara qutunun şifrəsini aça bimədi - Bu ölkəyə göndərəcəklər

Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutuları şifrənin açılması üçün Braziliyaya göndəriləcək.

Dec 29, 2024 - 23:28
Qazaxıstan qara qutunun şifrəsini aça bimədi - Bu ölkəyə göndərəcəklər

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasını araşdırarkən, uçuş qeydlərini oxuyub deşifrə edəcək ölkəni dövlət özü müəyyən edir.

Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Azərbaycan və Rusiyanın aviasiya orqanlarının tövsiyələrinə uyğun olaraq, Qazaxıstan Nəqliyyat Nazirliyi qara qutuların Braziliya Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Braziliya dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer” təyyarələrinin istehsalçısıdır. (publika)