Rusiya qəzaya uğrayan “C-130”-larla niyə maraqlanırdı? - Təyyarə ilə bağlı HƏR ŞEY
Xəbər verdiyimiz kimi, Gəncədən Merzifona uçan, Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində ekipaj üzvləri ilə yanaşı 20 texniki xidmət heyəti olub. Təyyarənin qalıqları tapılsa da, göyərtəsindəki hərbçilərin taleyi hələ ki naməlumdur. Qəza ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
SAVASHMEDİA.az qəzaya düşən “C-130” təyyarələrinin mənşəyi, hansı məqsədlərlə istifadə olunması, istifadə olunduğu ölkələr və hərbi əməliyyatlarla bağlı araşdırma aparıb.
Tam adı “Lockheed C-130 Hercules” olan təyyarə ABŞ mənşəli “Lockheed Martin” sənayə şirkətinin istehsalıdır. İlk uçuşunu 23 avqust 1954-cü ildə rellaşdıran “C-130 Hercules” 2 il sonra ABŞ ordusunun arsenalına edilib. Orta məsafəli hərbi-nəqliyyat təyyarəsi kimi istifadə olunub. “C-130”un A, B, E, H, J və s. kimi modelləri istehsal olunub. Ümumi istehsal sayı 2500-dən çoxdur. ABŞ, Türkiyə, Böyük Britaniya, Avstraliya, Kanada, Səudiyyə Ərəbistanı, Misir, Yunanıstan, İndoneziya da daxil olmaqla 70-dən çox ölkənin silahlı qüvvələrinə xidmət edir.
Təyyarənin ekipaj heyəti 3 nəfərdən ibarətdir- pilot, köməkçi pilot, yük zabiti.
Uzunluğu 29,8 metr, qanad açıqlığı 40,4 metr, hündürlüyü 11,9 metr, boş çəkisi 34,4 ton, maksimum uçuş çəkisi 79 ton, kruiz sürəti 540 km/saat, maksimum sürəti 670 km/saat, maksimum uçuş məsafəsi 4,000–5,200 km (yükə görə), mühərrikləri 4 × Rolls-Royce AE 2100D3 turboprop (4,637 hp hər biri) olan “C-130 Hercules”in yanacaq tutumu 45 min litrdir.
“C-130 Hercules” çoxməqsədli təyyarədir və aşağıdakı tapşırıqları yerinə yetirə bilər:
Yük və heyətin daşınması
Paraşütçülərin desant əməliyyatları
Tibbi təxliyə (MEDEVAC)
Yanacaq doldurma (KC-130 versiyasında)
Dəniz patrul və axtarış-xilasetmə
Yanğınsöndürmə (C-130 Fire Hercules variantı)
Elektron kəşfiyyat və radio-elektron müharibə (EC-130)
Xüsusi əməliyyatlar (MC-130, AC-130 silah platforması)
Dizayn və texnologiya baxımından qısa və sərt eniş zolaqlarına (torpaq, qar, buz, qum) enə bilir.(STOL qabiliyyəti). Arxa yük rampası vasitəsilə avadanlıq, texnika, tank və ya konteynerlər birbaşa boşaldıla bilər.
Qanadaltı mühərriklər təyyarəyə yüksək qaldırma qüvvəsi və etibarlılıq verir. Elektron avadanlıq müasir navigasiya və avtomatik uçuş sistemləri ilə təchiz edilib (xüsusilə C-130J versiyasında).
“C-130 Hercules” dünyanın ən uzunmüddətli istehsalda olan hərbi təyyarəsidir (1954-cü ildən). Bir çox ölkələrdə hələ 1960-cı illərdə alınmış modelləri modernləşdirilərək indi də istifadə olunur. Bu təyyarələr həm də Antarktida ekspedisiyalarında istifadə edilən azsaylı təyyarələrdəndir.
“C-130 Hercules” və Rusiya
“C-130 Hercules” Rusiya hərbi sənayesi üçün də ilham mənbəyi olub. Belə ki, Sovet İttifaqı “C-130”un uğurunu görərək 1950–60-cı illərdə oxşar təyinatlı təyyarələr yaratdı. Məsələn, “An-12”, “An-26”, “An-30”, “An-32”, “İL-76”. Bunlar “C-130”un “cavab variantları” sayılırdı.
“C-130” və onun silahlı variantı (AC-130) soyuq müharibə dövründə bir çox bölgələrdə Sovet silahları və qüvvələri ilə dolayısı toqquşmalarda iştirak edib:
Vyetnam müharibəsi (1960–70) — “C-130”lar ABŞ ordusuna yük və əsgər daşıyıb. Qarşı tərəf isə Sovet silahları (“SA-2”, “MiG-21” və s.) ilə təchiz olunub.
Yaxın Şərq və Afrika əməliyyatları — “C-130”lar Qərb koalisiyalarına, “An-12” və digər rus istehsalı təyyarələr isə SSRİ-yə müttəfiq ölkələrdə xidmət edib.
Soyuq müharibə zamanı kəşfiyyat əməliyyatları — ABŞ “C-130” təyyarələrindən (xüsusilə “EC-130”) radio-elektron kəşfiyyat üçün SSRİ sərhədləri yaxınlığında istifadə edib. Bəzi hallarda bu təyyarələr sovet qırıcıları tərəfindən vurulub (məsələn, 1958 və 1960-cı illərdə).
Müasir dövrdə isə NATO və ABŞ qüvvələri “C-130”ları Şərqi Avropa və Baltik bölgələrində, Rusiya sərhədlərinə yaxın ərazilərdə intensiv istifadə edir ki, bu, Rusiya üçün kəşfiyyat və müşahidə obyektidir.
“C-130 Hercules” Türkiyə ordusunda
Türkiyə bu təyyarələri inventarına 1964-cü ildən daxil edib. Türkiyə Hərbi Hava Qüvvələrində 7 ədəd “C-130B” və 13 ədəd “C-130E” modeli var. İlk 7 modelin bir qismi xidmətdən çıxarılsa da, “C-130E” modeli “Erciyes Projesi” adı ilə 2006-ci ildə modernləşdirilib və HHQ-nin istismarındadır. (Hazırda “C-130 Erciyes” adlandırılır).
Türkiyə “C-130”larını yük və təchizat daşınması (ölkədaxili və xarici əməliyyatlar üçün), xüsusi qüvvələrin paraşütçü desant əməliyyatları (Bordo Bereliler, SAT komandoları), humanitar yardımlar və təxliyə missiyaları (məsələn, Suriyada zəlzələdən sonra, Afrikada və Asiyada BMT missiyalarında, qardaş ölkələrə yardımların çatdırılmasında) və sülhməramlı missiyalar (Kosovo, Somali, Bosniya və s.) üçün istifadə edir.
Qeyd edək ki, Türkiyə 1974-cü ildə Kıbrıs Barış Hərəkatı zamanı da “C-130”lardan aktiv istifadə edib. Onlar paraşütçülər və texnika daşıyıblar.
Banu