Ermənistanın yerini Azərbaycan tuta bilər - Putinin nümayəndəsi
Rusiya Ermənistandan idxal etdiyi kənd təsərrüfatı məhsullarının bir hissəsini Azərbaycan məhsulları ilə əvəz edə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov danışıb.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın kənd təsərrüfatı məhsullarına olan tələbatını Ermənistanla müqayisədə daha geniş həcmdə qarşılamaq imkanına malikdir.
Titov bildirib ki, Rusiya və Azərbaycan kənd təsərrüfatı sahəsində bir-biri üçün mühüm tərəfdaşlardır. O qeyd edib ki, Azərbaycan Rusiyaya əsasən meyvə-tərəvəz ixrac edir, Rusiya isə Azərbaycanı taxıl məhsulları ilə təmin edir.
Rusiya rəsmisi iki ölkə arasında dostluq və iqtisadi əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
Oğuz