Erməniləri Azərbaycan dilində qorxutmağa çalışdılar - İrəvandan VİDEO

Rusiyalı erməni milyarder Samvel Karapetyanın İrəvanda təşkil olunan mitinqində gözlənilməz hadisə yaşanıb.

Jun 3, 2026 - 23:40
Jun 4, 2026 - 00:26
Erməniləri Azərbaycan dilində qorxutmağa çalışdılar - İrəvandan VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, aksiya zamanı Azərbaycan dilində hazırlanmış səsyazıları səsləndirilib.

Karapetyanın tərəfdarları revanşist əhval-ruhiyyəni gücləndirmək məqsədilə iştirakçılara "Azərbaycan təhlükəsi" mesajı verməyə çalışıblar. Bu məqsədlə mitinq iştirakçılarına xüsusi audioyazılar dinlətdirilib.

Səs yazılarından birində İrəvana köçərək ermənilərə məxsus mənzildə məskunlaşan azərbaycanlı ailənin təsviri yer alıb.

Həmin audio vasitəsilə mitinq iştirakçılarında narahatlıq və qorxu hissinin yaradılmasına çalışılıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)