Netanyahunun oğlu adını və soyadını DƏYİŞDİ – Ailəsindən imtina edib?
İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahu adından və soyadından imtina edib.
SAVASHMEDİA.az bu barədə İsrail mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Baş nazirin oğlu “Yonatan Hon” ad-soyadını götürüb. Y.Netanyahunun hansı səbəbdən bu addımı atdığı açıqlamayıb. Bu durum “Yair ailəsindən imtina edir?” sualını ağıllara gətirib.
Xatırladaq ki, bir müddət əvvəl Benyamin Netanyahunun təhlükəsizlik xidmətinin sabiq rəisi Ami Dror Yair Netanyahunun atası ilə münasibətlərinə dair şok açıqlamalar verib. O bildirib ki, ata ilə oğulun münasibətləri son zamanlar pisləşib. Hətta Yair Netanyahu iqamətgahda atasına hücum edib və onu vurmaq istəyib. Lakin təhlükəsizlik xidmətinin cəldliyi Netanyahunu xəsarət almaqdan xilas edib. Ami Dror iddia edib ki, bu hadisədən sonra Benyamin Netanyahu Yairi Mayamiyə göndərib.
Banu