"Netanyahuya dedim ki, Ərdoğanla problemi varsa, həll edərəm" - Tramp
ABŞ prezidenti Donald Tramp əmindir ki, ölkəsi Surioya məsələsində İsrail və Türkiyə ilə razılığa gələ biləcək.
Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib:
"Mən İsrailin baş nazirinə dedim ki, sizin Türkiyə ilə probleminiz var, amma mən bunu həll edə bilərəm. Bilirsiniz, mənim Türkiyə lideri ilə çox yaxşı münasibətlərim var. Mən Ərdoğana hörmət edirəm, o da mənə hörmət edir. O, çox güclü və ağıllı adamdır”.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp daha sonra Ərdoğanla söhbətini xatırlayıb: "Mən Ərdoğana dedim ki, o, iki min ildə heç kimin etmədiyi bir işi bacırıb, Suriyanı götürüb. Ərdoğan çox güclü şəxsdir".
İsrailin baş naziri Binyamin Netanyahu da öz növbəsində ölkəsinin Suriyadakı vəziyyətlə bağlı Türkiyə ilə münaqişəyə girmək istəmədiyini deyib:
"Türkiyə ilə yaxşı qonşuluq münasibətlərimiz var idi. Türkiyənin ABŞ ilə yaxşı münasibətləri var. Suriyada münaqişənin olmasını istəmirik. Düşünürəm ki, ABŞ prezidentindən yaxşı vasitəçi yoxdur".
Oğuz