Türkiyə XİN Zelenskini ərazi güzəştlərinə çağırdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanı ərazi güzəştlərinə getməyə çağırıb. 

Dec 12, 2025 - 17:37
Türkiyə XİN Zelenskini ərazi güzəştlərinə çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, türkiyəli nazir Ukraynanın çox çətin seçim qarşısında olduğunu bildirib.

"Doğrudur, bəzi seçimlər və qərarlar Ukrayna üçün çox çətindir. Lakin bunlar daha ciddi itkilərin qarşısını almaq üçün lazımdır. Avropa Ukraynaya bu cür qərarlar qəbul etməyə kömək etmək məsuliyyəti daşıyır”.

H. Fidan vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsi mümkün sülh həllinin ən mürəkkəb aspektlərindən biridir. 

Onun sözlərinə görə, Türkiyə münaqişə tərəfləri arasında sülh prosesini dəstəkləməyə davam edir və lazım gələrsə, danışıqlara ev sahibliyi etməyə hazırdır.

Banu