“ABŞ-dəki ən böyük dostumuz odur” – Putindən ŞOK ETİRAF + FOTO
“Rusiyanın ABŞ-də çoxlu dostu var”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışı zamanı bildirib.
Putin Rusiya dostlarından biri kimi amerikalı aktyor və rejissor Stiven Siqalı misal göstərib:
“Onlardan biri bu zalda olan cənab Stiven Siqaldır. Sizdən onu sevməyinizi və ona rəğbət bəsləməyinizi xahiş edirəm”.
Rusiya prezidenti həmçinin vurğulayıb ki, Siqal Rusiyanın sadəcə yaxın dostu deyil, həm də “ən yaxşı sülh elçisidir”.
Daha sonra iclasda çıxış edən S.Siqal V.Putinə göstərdiyi diqqətə görə təşəkkür edib.
Xatırladaq ki, bir müddət əvvəl S.Siqal Putinlə bağlı açıqlama verib. Amerikalı aktyor Rusiya prezidentini xeyirxah, nəzakətli, təvazökar və hərtərəfli düşünən insan kimi dəyərləndirib və onu “dünyanın ən böyük lideri” adlandırıb.
Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. 2018-ci ildə rejissor Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. 30 may 2024-cü ildə isə Putin onu “beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına böyük töhfəsinə görə” “Dostluq” ordeni ilə təltif edib. Stiven Siqal Rusiyanın Ukraynada başlatdığı müharibə (SVO) barədə film də çəkib.
Banu
Fotoda: Stiven Siqal