Əli Kərimli təkadamlıq kamerada saxlanılır - Vəkilindən AÇIQLAMA
Barəsində 2 ay 15 sutka həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu haqqin.az hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, Əli Kərimlinin təkadamlıq kamerada saxlanılır.
AXCP sədrinin vəkili Aqil Lağıc bildirib ki, müstəntiq və əməliyyatçılar tərəfindən müdafiə etdiyi şəxsə qarşı hər hansı hörmətsiz davranış müşahidə etməyib.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi üzrə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsi bundan əvvəl Kərimlinin barəsində 2 ay 15 sutka həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorakılıqla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə yönəlmiş hərəkətlər) maddəsi ilə ittiham olunur.
Oğuz