Zelenski İlham Əliyevə başsağlığı verdi - Yekaterinburq qurbanlarına görə

İyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Jul 1, 2025 - 19:06
Jul 1, 2025 - 19:22
Zelenski İlham Əliyevə başsağlığı verdi - Yekaterinburq qurbanlarına görə

SAVASHMEDİA.az xəbər verir ki, Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Zelenski, həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlət başçısına təşəkkür edib.