Əkrəm İmamoğlunun oğlu ifadə verdi - Ondan elə bir şey soruşdular ki...
İBB sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun oğlu Mehmet Selim İmamoğlu “Rüşvət vermə” və “çirkli pulların yuyulması” ittihamı üzrə şübhəli kimi bu gün ifadə verib.
SAVASHMEDİA.az xəbər verir ki, Mehmet Selim İmamoğlunun polisə verdiyi ifadənin mətni yayılıb.
M. S. İmamoğlu ifadəsində öz adına açdığı iki firmanın olduğunu bildirib:
“Hazırda Xorvatiyada fəaliyyət göstərən bir firmam var. Eyni zamanda, ailə şirkətimiz olan “İmamoğlu İnşaat”da mühəndis kimi çalışıram. 6,5 metrlik bir qayığım var. Bunların xaricində heç bir mülkiyyətim yoxdur. “İmamoğlu İnşaat”ın adına qeydiyyatdan keçirilmiş, ancaq mənim istifadə etdiyim bir avtomobil var. Bunun xaricində də mülkiyyətimdə olmayıb ancaq istifadə etdiyim heç bir daşınmaz əmlak, avtomobil yoxdur. Dediyim kimi, xaricdə və ölkədə adıma qeyd olunmuş iki firmam var. Xaricdəki firmamım adı “TECTUM INVESTMENT D.O.O”dur. Firma inşaat sahəsində fəaliyyət göstərir. Ölkədəki “Seku Yatçılık” adlı firmam isə hələ işə düşməyib”.
M. S. İmamoğlu Maliyyə Cinayətlərinin İstintaq Şurasının (MASAK) hesabatında qeyd olunan və “TECTUM INVESTMENT D.O.O” adlı şirkətə 2023-2024-cü illərdə Swift vasitəsilə köçürüldüyü bildirilən 637 min 106 avroya da aydınlıq gətirib:
“Mətbuatda bu rəqəmlə bağlı yazıları oxuduqdan sonra ailə vəkilimiz Mehmet Pehlivan açıqlama vermişdi. Qeyd etdiyiniz kimi, Xorvatiyaya toplam olaraq 637 min 106 avro deyil, 388 min 303 avro göndərmişəm. İstəsəniz, qəbzləri təqdim edə bilərəm. Universitetdən məzun olduqdan sonra 40 illik ailə inşaat şirkəti ənənəmizi ölkə xaricinə çıxarmağı qərarlaşdırdım. Bu məqsədlə Xorvatiyaya getdim, orada araşdırmalar apardım. Nəticədə, ailə şirkətimizə dəstək olmaq üçün Xorvatiyada inşaat sahəsində şirkət qurmağa qərar verdim. Qərarımı ailəmə bildirdim. Babam və anam şirkətin qurulması üçün lazım olan pulu verməyə razılaşdılar. Şirkətin qurulmasının tarixçəsi belə oldu”.
Oğul İmamoğlu 388 min 303 avronun qaynağını da açıqlayıb:
“İnşaat işi ilə məşğul olan bir ailənin üçüncü nəsli olaraq xaricdə şirkət qurmağıma anamın və babamın dəstək verməsi çox normal haldır. Bunun bir cinayət olduğunu və çirkli pullardan gələn gəlirlə başa gəldiyi iddiasını qəbul etmirəm. Anamın və babamın mənə göndərdikləri pulu haradan təmin etdiklərini tam deyəbilmirəm. Ancaq bunu əminliklə deyə bilərəm ki, babam Hasan İmamoğlunun 40 illik ticarət keçmişi var. Müxtəlif sektorlarda şəxsi səyi ilə ailəmiz adına qazandığı pullar var. Anamın da eynilə həm özünü, həm də ailəmizi qorumaq və dar günlər üçün qənaət edərək yığdığı məbləğ var. Mənə verilən pulun qaynağı budur. Bunda şübhəli bir durum yoxdur”.
Mehmet Selim İmamoğlu ifadəsində ittihamları qəbul etmədiyini bildirib:
“Prestijli universitetdən məzun olmuşam. Hazırda isə İstanbul Texnik Universitetində fizika mühəndisliyi sahəsində kuantim texnologiyaları üzrə magistr təhsili alıram. Ömrünü elmə həsr edən bir türk gənciyəm. Eyni zamanda uzun illərdir, ticarətlə məşğul olan və işini layiqincə görən ailəm var. Öyrəndiklərimi ailəmin qazancı və Türkiyə Cumhuriyyətinin mənə verdiyi bilik və savad əsasında beynəlxalq aləmdə sərgiləmək mənim haqqımdır. Bu məsələ ilə bağlı ailəmə və mənə qarşı olan ən kiçik bir ittihamı belə qəbul etmirəm”.
Banu