“Bədən kütlə indeksiniz 30-u keçibsə...” – Professordan HƏYƏCAN TƏBİLİ
"Bədən kütlə indeksiniz 30-u keçərsə, piylənmədən əziyyət çəkirsiniz və mütləq həkimə müraciət etməlisiniz”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu cərrah, tibb elmləri doktoru və professor Nataliya Bordan bildirib.
“Daha əvvəl isə dəyişikliklərə diqqət yetirməlisiniz. Əgər çəkiniz 10 faizdən çox artıbsa, nəfəs darlığı, yorğunluq və ya bel ağrısı hiss edirsinizsə, bunların hamısı müayinədən keçmək üçün səbəblərdir".
Həkim qeyd edib ki, artıq çəki bir çox ağır xəstəliklərə səbəb olur:
“Artıq çəki ürəyə, qan damarlarına, qaraciyərə və oynaqlara ciddi zərər verir. Bu da diabet, hipertoniya(yüksək təzyiq) , infarkt, insult, qaraciyər piylənməsi kimi xəstəliklərə tutulma riskini artırır”.
Cərrah vurğulayıb ki, vaxtında həkimə müraciət etməklə ciddi fəsadların qarşısını almaq və normal həyat keyfiyyətini bərpa etmək mümkündür.
Banu