Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Xalq artisti Aygün Kazımova səhhətində yaranan problem səbəbindən planlarını dəyişmək məcburiyyətində qalıb.

May 2, 2026 - 00:13
May 2, 2026 - 00:14
Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, tanınmış sənətçi bu barədə məlumatı özü paylaşıb. 

O bildirib ki, son günlər səhhətində yaranan narahatlıq səbəbindən keçirilməsi nəzərdə tutulan konsert proqramını təxirə salmaq qərarı verib.

Sənətçinin sözlərinə görə, hazırda əsas diqqətini müalicə və bərpa prosesinə yönəldib. 

Pərəstişkarlarından anlayış gözlədiyini qeyd edən Aygün Kazımova, ən qısa zamanda yenidən səhnəyə qayıtmaq niyyətində olduğunu da vurğulayıb.

Qeyd edək ki, müğənninin səhhəti ilə bağlı yayılan bu xəbər onun fanatları arasında narahatlıq yaradıb və sosial şəbəkələrdə ona çoxsaylı dəstək mesajları ünvanlanıb.

Oğuz