Məhkəmə Əli Kərimli barədə QƏRAR VERDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov yenidən məhkəmə qarşısına çıxarılıb.

Feb 9, 2026 - 21:00
Məhkəmə Əli Kərimli barədə QƏRAR VERDİ

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi DTX-nin vəsatətini təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Ə.Kərimli, M.İbrahim və E.Əmirov Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. (qafqazinfo)