“Putin Şimali Koreya əsgərlərindən yem kimi istifadə edir” – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə qarşı Rusiya tərəfindən ön cəbhəyə çoxlu sayda Şimali Koreya qoşununun yerləşdirəcəyini proqnozlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Yaponiyanın “Kyodo News” agentliyinə müsahibəsində bildirib.
Zelenski bildirib ki, Rusiyanın həmin qoşunlardan qırğına göndəriləcək yem kimi istifadə edəcəyi şəksizdir.
O, Kursk bölgəsinə göndərilən Şimali Koreya əsgərlərinin neçəsinin Ukrayna qüvvələrinə qarşı döyüşlərdə öldüyünü və ya yaralandığını açıqlamayıb.
Onun sözlərinə görə, Kursk bölgəsində 12 minə yaxın Şimali Koreya əsgərinin yerləşdirildiyinə dair sübutlar var, lakin qurbanların dəqiq sayını açıqlamaqdan əvvəl Ukrayna sübutlara malik olmalıdır.
Tərəfdaşlarının Ukraynaya dəstəyinin kifayət qədər olmadığını vurğulayan Zelenski bir daha NATO-nu Ukraynanı mümkün qədər tez Alyansa qoşulmağa dəvət etməyə çağırıb.
Xatırladaq ki, noyabrın 7-də Zelenski bildirmişdi ki, Kursk vilayətində Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçiləri arasında itkilər var.
Xatirə SADİQ