DÇ-2026-da azarkeşlərə qoyulan qadağalar

FİFA 2026-cı il dünya çempionatından əvvəl stadionlarda tətbiq olunacaq yeni qadağaları açıqlayıb.

Jun 4, 2026 - 13:59
DÇ-2026-da azarkeşlərə qoyulan qadağalar

SAVASHMEDİA.az xəbər verir ki, qurumun yenilənmiş davranış kodeksinə əsasən, azarkeşlərin stadionlara boş və ya təkrar istifadə oluna bilən su butulkaları ilə daxil olması qadağan edilib.

Əvvəllər 1 litrə qədər boş plastik butulkaların stadiona gətirilməsinə icazə verilsə də, bu qayda ləğv olunub.

FİFA qərarı təhlükəsizlik amili ilə əsaslandırıb. Bildirilib ki, butulkaların tribunaya və ya meydana atılması risk yarada bilər.

Yeni qaydaya görə, azarkeşlər suyu stadion daxilində əldə etməli olacaqlar. Bununla yanaşı, bəzi arenalarda su doldurma və sərinləmə məntəqələrinin yaradılması planlaşdırılır.

Qərar xüsusilə isti hava şəraitinin gözlənildiyi şəhərlərdə narazılıqla qarşılanıb. Azarkeşlər həm əlavə xərclərdən, həm də əlavə narahatlıqların yaranacağından şikayətləniblər.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oğuz