Rusiya yığmasının baş məşqçisi istefa verdi

İrina Viner bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edib.

Feb 12, 2025 - 12:44
Rusiya yığmasının baş məşqçisi istefa verdi

SAVASHMEDİA.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bədii gimnastika mənim həyatımdır və xoşbəxtəm ki, bu gözəl idman növünün inkişafına öz töhfəmi verə bildim. Buna baxmayaraq, mən bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə o, bildirib.

Vinerin sözlərinə görə, onun tələbələrinin əksəriyyəti artıq görkəmli məşqçiyə çevriliblər və bu da rus bədii gimnastikasının ənənələrini qoruyub saxlamağa, nəsillərin davamlılığını təmin etməyə kömək edəcək.

Viner əlavə edib ki, “bədii gimnastika etibarlı əllərdədir”.

“Match TV” xəbəbr verib ki, İdman Nazirliyinin nəzdindəki Rusiya Yığma Komandalarının İdman Hazırlığı Mərkəzi Vinerin milli komandanın məşqçisi vəzifəsindən istefa ərizəsini təmin edib.

Rusiyanın idman naziri Mixail Deqtyarev Vinerin qərarına hörmətlə yanaşdığını bildirib. O, qeyd edib ki, Vinerin təcrübəsi məşqçilərin yeni nəslinin hazırlanmasında tələb olunacaq.

76 yaşlı Viner bu vəzifəni 2001-ci ildən tuturdu. Ötən il o, Ümumrusiya Bədii Gimnastika Federasiyasına (ARRG) rəhbərlik etməyi dayandırdı. O zaman Viner bildirdi ki, o, 2008-ci ildən etibarən tutduğu RHF rəhbəri vəzifəsinə namizəd olmamaq qərarına gəlib, çünki bu, ona məşqçi fəaliyyəti üçün daha çox vaxt verəcək.

Xatirə SADİQ