Marko Yankoviç Qurbanovun sözünü yerə saldı - Yanvarda gedir...

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın əsas simalarından sayılan yarımmüdafiəçi Marko Yankoviçdən narazıdır.

Dec 22, 2025 - 19:37
Marko Yankoviç Qurbanovun sözünü yerə saldı - Yanvarda gedir...

SAVASHMEDİA.az-ın xəbərinə görə, buna səbəb futbolçunun Qurbanovun tövsiyələrinin əksinə "Qarabağ"dan ayrılmaq istəyidir.
 
Məlumata görə, Qurbanov hazırda yarımmüdafiəçinin gedişini əngəlləmək üçün cəhdlər edir, onun bu israrı isə Marko Yankoviçi əvəz edə biləcək futbolçusunun olmamasıdır. Baş məşqçi bu barədə Yankoviçin özü ilə dəfələrlə söhbət etsə də, nəticə ürəkaçan olmayıb.

Belə ki, Marko Yankoviç yanvar ayında, qış transfer pəncərəsi çərçivəsində Yunanıstan klubnlarından birinə keçmək niyyətindədir.    

Xatırladaq ki, Qurban Qurbanov bir neçə gün öncə ad çəkmədən bəzi futbolçulardan narazlığını belə ifadə etmişdi:

"Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir".

Oğuz