“Qalatasaray”ın futbolçusu bahalı çantası ilə gündəmdə - VİDEO

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazın çantası gündəm olub.

Dec 22, 2025 - 19:24
“Qalatasaray”ın futbolçusu bahalı çantası ilə gündəmdə - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, futbolçunun “Kasımpaşa” matçından sonra stadionu tərk edərkən götürdüyü səyahət çantasının qiyməti və markası azarkeşlərin diqqətindən yayınmayıb.

Məlumata görə, futbolçunun çantası İtaliyanın “Bottega Veneta” brendinə aiddir. Qiyməti 7100 avrodur (14 200 manat).

Qeyd edək ki, Barış Alper Yılmaz dəbə önəm verən futbolçulardandır. Tez-tez geyim tərzi ilə gündəmə gəlir.

Banu