Paşinyan Putinlə görüşdə Azərbaycandan danışdı

Bakı ilə sülhün bağlanması İrəvan üçün Rusiya ilə münasibətlərdə yeni imkanlar açacaq.

Dec 22, 2025 - 19:19
Paşinyan Putinlə görüşdə Azərbaycandan danışdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Ermənistan Baş naziri Rusiya liderinə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəklədiyinə görə təşəkkür edib.

O, həmçinin Rusiyadan Azərbaycandan keçən qatarların Ermənistana gəlməyə başlamasını tarixi hadisə adlandırıb.

Paşinyan Putini TRIPP-nin inşası barədə də məlumatlandırıb. O qeyd edib ki, bu kontekstdə "Ermənistan və ABŞ arasında konstruktiv danışıqlar" gedir.

Səlcuq