Qızqaçırma yox, ailədaxili münaqişə olub - Masazırda nə baş verib?

Bu gün saat 17:30-da Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gənc qızın maşına otuzdurularaq qaçırıldığı ilə bağlı görüntülər yayılıb.

Dec 22, 2025 - 20:35
Dec 22, 2025 - 21:18
Qızqaçırma yox, ailədaxili münaqişə olub - Masazırda nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər. 

Bildirilir ki, "Qurtuluş 93" ünvanında naməlum şəxslər "Mercedes" markalı avtomobil ilə gələrək orada yaşayan gənc qızı avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar. 

Sonradan bəlli olub ki, hadisə qızqaçırma deyil, ailədaxili münaqişədir.